18 May 2024
TƏCİLİ! “Antikorrupsiya” idarəsi əməliyyat keçirdi - Vəzifəli şəxslər SAXLANDI

TƏCİLİ! “Antikorrupsiya” idarəsi əməliyyat keçirdi - Vəzifəli şəxslər SAXLANDI

02 İyun 2022
Baxış: 587

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir neçə rayonda əməliyyat keçirib.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rayonlardakı ərazi şöbələrini əhatə edib.

Əməliyyat çərçivəsində Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev və bir neçə digər vəzifəli şəxslər saxlanılıb.

Əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.