21 May 2024
“Taybey-101” 7,4 ballıq zəlzələyə necə tab gətirib? – İtaliyalı mühəndisin möhtəşəm kəşfi + FOTOLAR

“Taybey-101” 7,4 ballıq zəlzələyə necə tab gətirib? – İtaliyalı mühəndisin möhtəşəm kəşfi + FOTOLAR

05 Aprel 2024
Baxış: 312

Bir neçə gün öncə Tayvanda güclü zəlzələnin baş verməsinə baxmayaraq, binalara olduqca az zərər dəyib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, 7,4 maqnitudalı zəlzələ Tayvanda son 25 ilin ən güclü zəlzələsi olub. Güclü zəlzələyə baxmayaraq, az dağıntı qeydə alınıb və cəmi 10 nəfər dünyasını dəyişib.


AJMEDİA.İNFO xəbər verir ki, güclü zəlzələ zamanı göydələnlər də salamat çıxıb. Həmin göydələnlərdən biri də “Taybey-101”dir. Göydələn 101 mərtəbədən ibarətdir.
“Taybey-101” binası dünyanın ən hündür 11-ci binasıdır. Belə hündür binanın güclü zəlzələ zamanı necə salamat qalması hamını düşündürüb.


Məlum olub ki, göydələnin zədə almamasının səbəbi binanın arxitekturası ilə bağlıdır. Binaya İtaliyada hazırlanan nəhəng kəfkir taxılıbmış. Göydələnin 87-ci və 92-ci mərtəbələri arasında quraşdırılan kəfkir sayəsində 101 mərtəbli bina zəlzələyə tab gətirib.

Bu binada 41 diskdən ibarət və səkkiz hidravlik nasosla dəstəklənən 5,5 metr diametrli kürə yerləşdirilib. Kəfkirin bir hissəsi olan həmin kürə 6,8 bal gücündə zəlzələ zamanı binada baş verən titrəyişləri tarazlayıb.


Hündür binalarda kəfkirin quraşdırılması ideyası ilk dəfə İtaliyanın Padua Universitetinin mülki, struktur və ətraf mühit mühəndisliyi üzrə keçmiş professoru Renato Vitaliani tərəfindən sınaqdan keçirilib. Bu sınağın nəticəsində ixtira qəbul olunub və onu “Fip Mec” şirkəti ilk dəfə tətbiq edib.


Vitalianinin sözlərinə görə, kəfkir vibrasiyaları tarazlayır və göydələnin dağılmasının qarşısını alır. Vitaliani təxminən on il əvvəl kəfkiri sınaqdan keçirərək, onun seysmik zərbələri və güclü küləyin təsirini balanslaşdırmaq qabiliyyətini müəyyən edib. Çəkisi 660 ton olan kəfkir yerdən 508 metr hündürlükdə “Taybey-101”in zirvəsində quraşdırılıb.


“Tuned Mass Damper” adlanan kəfkir dünyadan ən böyük kəfkirdir və güclü zərbələr zamanı strukturun dağılmasının qarşısını alır.


Qeyd edək ki, “Fip Mec” 1974-cü ildən bəri körpülərin və binaların mühafizəsi üçün antiseysmik qurğular istehsal edir. Şirkətin “Taybey-101” üçün istehsal etdiyi qurğu binanın əyilməsinə baxmayaraq, onun dağılmasının qarşısını alıb. (Sfera.az)