17 May 2024
Tanınmış aktyorun yanğından sonra ürəyi partlayıb ölən dayısının FOTOSU

Tanınmış aktyorun yanğından sonra ürəyi partlayıb ölən dayısının FOTOSU

25 Noyabr 2023
Baxış: 496

Noyabrın 23-də Bakının Ziya Bünyadov prospektində inşaat materialları bazarındakı dəhşətli yanğından sonra ürəyi partlayıb ölən 61 yaşlı sahibkar Razi Qasımovun fotosu yayımlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, fotonu mərhumun bacısı oğlu, aktyor Cavidan Novruz paylaşaraq bunları yazıb:

“Heyif səndən, Razi dayı. Bəziləri getmək əvəzinə, təəssüf ki, sən getdin. Amma qarışqanı belə incitməzdin. Allah sənin kimi bəndələrini çox sevər və sənə yanında yer ayırar. Məkanın cənnət olsun. Uşaqlığım, hər şeyim səninlə getdi. Dəyərli xatirəmizdə yaxşı qalan insanlar yavaş-yavaş tərk etdi bizi. Sən də belə... Çox üzdün bizi”, - C. Novruz yazıb.

Qeyd edək ki, R.Qasımov, həmçinin tanınmış stilist Şəfəq Novruzun dayısıdır. Bazarda ona məxsus dükan əvvəl də bir neçə dəfə yanıb. Lakin son yanğından sonra sahibkarın ürəyi buna dözməyib və ölüb. Cavidan və Şəfəq isə mərhum Xalq artisti Ramiz Novruzun övladlarıdır. R. Novruz bu il fevralın 21-də vəfat edib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.