16 May 2024
Tanınmış aktyor 25 kq arıqlayıb belə oldu - FOTO + VİDEO

Tanınmış aktyor 25 kq arıqlayıb belə oldu - FOTO + VİDEO

25 Oktyabr 2022
Baxış: 370

Aktyor Həsrət Həsrətov xarici görünüşü ilə diqqət çəkib.

AJMEDİA.İNFO xəbər verir ki, "Komedixana" layihəsindən sevilən aktyor 25 kiloqram arıqlayaraq artıq çəkilərindən xilas olduğunu bildirib.

Xarici görünüşündəki dəyişikliklə bağlı açıqlama verən aktyor bu çəkini iki ay müddətində atdığını deyib:

"Çəkim 135 kiloqram idi. 25 kiloqram arıqlamışam. Hazırda isə 110 kiloqramam və yenə də arıqlamağa davam edirəm. İki ay yarım olar, bu qədər çəki ata bildim".

Həsrət Həsrətov artıq sağlıqlı şəkildə qidalandığını, un və şirniyyat məmulatlarından, demək olar ki, imtina etdiyini vurğulayıb:

"İdman və pəhriz sayəsində arıqlamağa başladım. Artıq çəki atmağımda pəhriz daha çox rol oynadı deyərdim. Şirniyyat yeməyi tamamilə dayandırdım. Demək olar ki, çörək də yemirəm. Axşamlar çalışıram, az qidalanım. Bütün qazlı və enerji içkilərindən imtina etmişəm. Sağlam olmaq üçün onların əvəzinə daha çox adi suya üstünlük verirəm.

Tanınmış aktyor pəhrizlə yanaşı, müntəzəm şəkildə idmanla məşğul olaraq 25 kiloqram arıqladığını qeyd edib:

Hər gün yürüşə çıxıram. İdman da arıqlamağıma kömək etdi. Fitnesə gedirdim. Orada əsasən qaçış trenajorundan istifadə edirdim. Bütün bunları hər gün qaydalı şəkildə etdiyimdən yaxşı nəticə oldu. Bundan sonra da bu cür sağlıqlı həyat tərzinə davam edəcəm".

(BAKU.WS)