19 May 2024
Talibandan öncə və sonrakı Əfqanıstanın fərqi - VİDEOLAR

Talibandan öncə və sonrakı Əfqanıstanın fərqi - VİDEOLAR

17 Avqust 2021
Baxış: 679

Məlum olduğu kimi, Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarət “Taliban” hərəkatının əlinə keçəndən sonra ölkədə bir neçə yeni qayda tətbiq olunmağa başlayıb. Yeni qaydalardan biri də qadınların çadradan mütləq istifadəsidir.

AJMEDİA.İNFO xəbər verir ki, “CNN” televiziyasının müxbiri Clarissa Ward yeni qaydaya uyğun olaraq telekanalın canlı efirinə çadra ilə çıxıb. Clarissa Ward canlı çıxışı zamanı “Taliban” hərəkatının ölkədə hakimiyyətə gəlməsinin ilk günündə paytaxt Kabildə olan vəziyyət barədə məlumat verib. O bildirib ki, ölkədə ilk günlərdən geyimlə bağlı qaydalar da dəyişib.

C. Ward əlavə edib ki, “Taliban” əsgərləri hərəkətlərində əslində dünyaya hüquq və nizamı qoruya biləcəklərini göstərmək istəyirlər. O, həmçinin, Kabil hava limanında yaşanan dramı və xaosu da xatırladıb və bildirib ki, Əfqanıstanda tam bir çarəsizlik hökm sürür.

“CNN” müxbiri vurğulayıb ki, əsas məsələ əslində hazırda küçədə olan insanlar deyil, burada olmayanlar, özünü təhlükəsiz hiss etməyənlər və gələcəyi naməlum olanlardır: “Bu şəhərdə on minlərlə, bəlkə də yüz minlərlə gizlənən insan var. Biz onları görə bilmirik, bizimlə danışmırlar. Çünki çox narahatdırlar”.