16 May 2024
"Taliban İran üçün təhdid yaradırmı, münasibətlər necə tənzimlənəcək?" - Rüstəm Tağızadənin ŞƏRHİ

"Taliban İran üçün təhdid yaradırmı, münasibətlər necə tənzimlənəcək?" - Rüstəm Tağızadənin ŞƏRHİ

03 Sentyabr 2021
Baxış: 1119

İranın Talibanla müvəqqəti olaraq strateji uzlaşması: İran və Taliban 2001-ci ildə düşmənçilik münasibətində idilər.

Taliban Məzari-Şərifdə İran diplomatlarını öldürdü və İran Talibanın devrilməsində yaxından iştirak etdi. İndi Taliban geri döndü və bu, bir vaxtlar Tehran üçün ola biləcəyindən daha yaxşı xəbərdir. Aradan keçən iyirmi il ərzində İran rejimi davamlı və gizli şəkildə Talibanla strateji birliyə keçdi. Eyni inancı paylaşa bilməzlər, ancaq eyni strateji maraqları bölüşürlər. Ən azından indi heç bir tərəfin digərini özgəninkiləşdirmək marağı yoxdur. Qeyd etmək lazımdır ki, Taliban radikal sünni məzhəbinə, İran dövləti isə rəsmi olaraq şiə yolunu tutur. İran güclü surətdə Amerikanın təsirini bölgədə azaltmaq siyasəti yürüdürdü. İran qonşuluğunda Amerikanın olmasını heç zaman istəməz. Amerika qoşunlarının Əfqanıstandan çıxması İranın maraqlarına cavab verir. Bunu biz müvəqqəti siyasi uzlaşma kimi görə bilərik. Ancaq vəziyyət artıq başqa şəkil almışdır. Amerika qoşunları getsə də onun yerini yaxşı silahlanmış Taliban qoşunu tutmuşdur.

Taliban İrana gələcəkdə təhdid yaradırmı?

ABŞ rəsmilərinin açıqlmasında Talibanın 5-15 avqust aralığında Əfqanıstanın şəhərlərinə hücumunda helikopterlər , zirehli maşınlar , bir çox siahları ələ keçirdiyini qeyd etdi. Ümumilikdə silah dəyərinin 85 milyard dollar dəyərindədir. Məntiqi olaraq, Amerika hökuməti bu məbləğdə silah sursatı Taliban üçün boşu məqsədsiz olaraq verməz. Amerika qoşunlarının Əfqanıstandan çıxması aprel ayından məlum idi. Bu qədər silahın, təyyarə və helikopterlərin Talibanın əlinə keçməsi həmin regionda yeni münaqişə ocağının yaranmasına səbəb ola bilər. Sünni radikal qruplaşma olan Taliban İran üçün təhdid yarada bilər. Talibandan istifadə edilməsi empirik olaraq Amerikanın uzun zamandan bəri yürütdüyü siyasətdir. Bir tərəfdən İrana iqtisadi sanksiyalar verən Amerika digər tərəfdən Taliban kartını ona qarşı istifadə edə bilər. Düzdür, indiki anda İranı zəif olaraq görmək olmaz. Ancaq gələcək üçün mövcud şərtlər dəyişə bilər. Bölgədə terroru dəstəkləyən Talibanın və onun havadarlarının siyasi oyun qurduqları məlum məsələdir. Onu da qeyd etmək lazımdır ki, Amerikanın iqtisadi sanksiyaları İranı son illərdə geri salmışdır. Bununla bağlı olaraq, İran hökuməti yaranmış vəziyyətdən çıxış yolları axtarmaq məcburiyyətindədir. İranın Əfqanıstanla 900 km-lik sərhədi var. Bildiyimiz kimi İran körfəzində son zamanlar Amerika hərbi gəmiləri də aktiv şəkildə üzür. İranın şimal-şərqində Taliban və cənubda olan hərbi gəmilər İranı hər iki tərəfdən sıxıb məngənəyə salır. Bu məngənənin İran üçün böyük zərərləri zaman keçdikcə daha da aydın görünəcək. Ümumi olaraq, Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi bölgədəki vəziyyəti daha kritik həddə çatdırır. Rusiya və Çin yaranmış yeni reallıqlardan öz məqsədləri üçün istifadə etməyə çalışır. Ancaq Amerika qoşunlarını Əfqanıstandan çıxarsa da Talibana qarşı sərt mövqe göstərmir. Bu bir növ Talibanın hakimiyyətini dəstəkləməsi anlamına gəlir. Yaxın gələcək üçün bölgədə yeni münaqişə ocağının yaranması isə böyük dövlətlərin maraqlarının uzlaşmamasının nəticəsi olacaq.

Rüstəm Tağızadə,

politoloq

AJMEDİA.İNFO