17 May 2024
Taliban Əfqanıstanın son yəhudisinə zərər verməyəcək

Taliban Əfqanıstanın son yəhudisinə zərər verməyəcək

19 Avqust 2021
Baxış: 925

Taliban Əfqanıstanın son yəhudisinə zərər verməyəcək.

Kanın sözlərinə görə, belə bir bəyanatla Taliban sözçüsü Suheil Şahin çıxış edib.

Müxbir, ölkənin son yəhudisi olduğuna inanılan Zebulon Simantov da daxil olmaqla, Taliban altında olan azlıqların gələcəyi ilə bağlı soruşub.

Şahin, "Ölkədəki son yəhudini tanımıram. Biz azlıqlara zərər vermirik. Ölkədə sikxlər və hindular var və onların din azadlığı var. İnsanların qorxub qaçmağa ehtiyacları yoxdur" dedi o bildirib.

Onun sözlərinə görə, şəriətin tətbiqi Əfqanıstanda daha çox ölümə səbəb olmayacaq, əksinə "daha çox sülh və sabitlik" gətirəcək.

"Niyə insanların qaçdığını anlamıram, burada heç bir təhlükə yoxdur, olmayacaq. Əmin olmaq istəyirik ki, keçmişdəki vəziyyət deyil, əksinə sülh olacaq", - Taliban sözçüsü əlavə edib.