19 May 2024
Taksi sürücüsü qadın sərnişinə sataşdı, qohumu... - “Koroğlu” metrosundakı qətlin TƏFƏRRÜATI

Taksi sürücüsü qadın sərnişinə sataşdı, qohumu... - “Koroğlu” metrosundakı qətlin TƏFƏRRÜATI

24 Yanvar 2024
Baxış: 312

Bakıda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, qətlə yetirilən Binə qəsəbə sakini Nurlan Məmmədov “Koroğlu” metrostansiyası ətrafında “manatlıq taksi” fəaliyyəti ilə məşğul olub. İlkin iddialara görə, qətl namus üstündə törədilib.

Belə ki, taksi sürücüsü sərnişinlərdən birinə sataşıb. Həmin sərnişinin qohumu olan Əhməd Hüseynov da onun dayandığı əraziyə gəlib. Onların arasında mübahisə düşüb. Nəticədə Ə. Hüseynov N. Məmmədovu bıçaqlayaraq öldürüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisənin dəqiq səbəbi araşdırmaların sonunda məlum olacaq.