06 May 2024
"Şuşanın işğalından artıq, 30 il keçmir!"

"Şuşanın işğalından artıq, 30 il keçmir!"

08 May 2022
Baxış: 590

8 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı olmuş Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmiləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu. Şuşa istiqamətində cəbhə boyu ermənilər bütün üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəlilədilər. Düşmən hərəkətinə qarşı dirəniş göstərən bir çox şəhidlərimiz sırasında əslən dağ yəhudisi olan Albert Aqarunovda böyük məharət göstərərək könüllü olaraq cəbhəyə getmişdir. Aqarunov, tank taborunun tərkibində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuşdur. O, sonradan tank komandiri kimi Şuşaya yollanmış, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Şuşa uğrunda gedən döyüşlərdə şəhərin müdafiəsində qalan son əsgərlərdən olan Aqarunov, müharibənin ilk tank döyüşündə iştirak etmiş, erməni komandir Qaqik Avşaryanı məğlub etmişdir. O, daha sonra Şuşa–Laçın yoluna irəliləmiş, döyüş əsnasında tankdan enmiş, həlak olanların üzərindən keçməsin deyə sürücüyə yol göstərərkən şəhid olmuşdur. İllər sonra isə şəhidlərimizə və vətənimizə qarşı olunmuş bu haqsızlıq ölkə başçısı möhtərəm prezident cənab İlham Əliyev və Silahlı Qüvvələrimizin cəsur döyüşçüləri tərəfindən bərpa edildi. Belə ki, 28 il sonra 2020 ci ildə Azərbaycan Silahlı qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda Şuşa şəhərinin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur.Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan silahlı qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, buna baxmayaraq Ermənistan rəhbərliyi bunu təkzib etsə də ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi Şuşa şəhərindən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir.Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır.Atəşkəs razılaşmasının imzalanmasından sonra Qondarma Dağlıq Qarabağ Respublikası Prezidenti Arayik Harutyunyan,eləcə də Paşinyan, separatçı qüvvələrin 7 noyabrda şəhərə nəzarəti itirdiyini etiraf etmişdir.Şuşanın işğaldan azad edilməsi müharibənin həlledici anı olmuş və Azərbaycana strateji üstünlük vermişdir.
Döyüşdən bir neçə gün sonra Ermənistan məğlubiyyəti qəbul etmiş və Azərbaycan müharibədə qələbə çalmışdır.


AJM Şahin Seyidov