18 May 2024
Sürücülərin NƏZƏRİNƏ: 100 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: 100 manat CƏRİMƏLƏNƏCƏKSİNİZ - VİDEO

31 Oktyabr 2023
Baxış: 473

Son günlər xüsusi təyinatlı nəqliyyat vasitələrinin, əsas da təcili tibbi yardım maşınlarının ardınca maşın sürüb, sui-istifadə hallarına yol vermə halları ilə tez-tez qarşılaşırıq.

AJMEDİA.İNFO xəbər verir ki, belə hallara yol verməmək üçün sürücülərə çağırış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Baku.ws-ə açıqlamasında bildirib ki, vətəndaşlar bu növ nəqliyyat vasitələrinə qarşı məsuliyyətli olmalıdırlar:

“Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya mütəşəkkil nəqliyyat dəstələrinə qoşularaq hərəkətə davam olunmasına görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə uyğun olaraq 100 manat məbləğində cərimə və 3 cərimə balı nəzərdə tutulur. Bütün hərəkət iştirakçıları xüsusi təyinatlı nəqliyyat vasitələrinə yol verməlidirlər. Onların yoluna maneə yaratmaqla hərəkətləri ardıcıl, davamlı, mütəşəkkil dəstələrə qoşulmaqla edən şəxslər unutmasınlar ki, onlar özlüyündə inzibati məsuliyyət daşıyırlar. Bununla yanaşı, bu növ nəqliyyat vasitələrini idarə edən, operativliyin təmini üçün nəzərdə tutulan işləri həyata keçirən şəxslərə maneə yaradılmaqla mənəvi öhdəlik də daşıyırlar.

Hər bir vətəndaşımızdan məsuliyyətli olmağı xahiş edirik. Operativ nəqliyyat vasitələrinin hər hansısa birimizin qapısına müxtəlif vaxtlarda gözlənilməyən hallarda gələ biləcəyini də unutmamalıyıq”.