18 May 2024
Sürücülərin DİQQƏTİNƏ!: Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO

Sürücülərin DİQQƏTİNƏ!: Buna görə 50 manat cərimə oluna bilərsiniz - VİDEO

10 Oktyabr 2022
Baxış: 649

Son dövürlərdə avtomobilərin üzərinə vinil çəkdirmək dəb halını alıb. Avtomobil sahibləri nəqliyyat vasitəsinə daha çox yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edirlər. Vinil ustası Məhəmməd Əliyev deyir ki, dəblə yanaşı, zərurətdən bu işi gördürənlər də var. Qiymətlər isə min manatdan 5 min manatadək dəyişir.

Bəs avtomobilin üzərinə vinil vurulması konstruksiya dəyşikliyi hesab edilirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddinin Muradlının sözlərinə görə, nəqliyyat vasitəsində bu işlərin görülməsi qanunla qadağan deyil.

Ekspert deyir ki, əgər vurulan vinil konkret bir detalı və ya kiçik bir yeri tutursa, rəngindən asılı olmayaraq ona heç bir qadağa qoyulmur. Lakin bu zaman nəqliyyat vasitəsinin ümumi görünüşü pozulmamalıdır. Bəzi detallara isə ümumiyyətlə vinil çəkmək qadağandır.

Elməddin Muradlının sözlərinə görə, müvafiq icazə almadan avtomobilinə vinil vurduran şəxsləri vaxtında qeydiyyata aldırmadığı üçün 50 manat məbləğində cərimə gözləyir.

Avtomobilə vinil vurdurmağın qadağan olub-olmamasını öyrənmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə də müraciət etdik. İdarənin rəsmisi Mübariz Ağayev bildirdi ki, əgər sürücü avtomobilinə vinil vurdurmaq istəyirsə, nəqliyyat vasitəsini təmir yerindən verilən arayışla birgə ərazi üzrə Dövlət Yol Polisi İdarəsinə təqdim etməlidir. Yalnız müvafiq sənədlər qeydiyyata alındıqdan sonra nəqliyyat vasitəsinin istismarına icazə verilir.