20 May 2024
Suriyada qətliamlar törətmiş Rusiyanın "Vaqner"ləri  Ukraynada belə MƏHV EDİLİR - FOTO

Suriyada qətliamlar törətmiş Rusiyanın "Vaqner"ləri Ukraynada belə MƏHV EDİLİR - FOTO

09 Mart 2022
Baxış: 536

Ukrayna müdafiə nazirliyinin baş kəşfiyyat idarəsi Rusiyanın Ukraynaya hücumunda iştirak edən “Vaqner” qrupu üzvlərinin bir qisminin məhv edilməsi barədə məlumat yayıb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə Ukrayna müdafiə nazirliyinin baş kəşfiyyat idarəsi rəsmi facebook hesabında məlumat yayıb.

“”Vaqner” muzdluları artıq Ukrayna ərazisində ölürlər. İşğalçı qoşunlarının ehtiyatlarını artıran Rusiya döyüşlərə özəl hərbi şirkətlərdən muzdluları cəlb edir. Xüsusilə də məlumdur ki, “Vaqner” muzdluları artıq işğalçı ordusunun tərkibində Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edirlər. Bunu, xüsusən də məhv edilmiş muzdluların nişanları sübut edir. Onların bəzilərinin nişanlarında ərəb, ingilis və fransız dillərində sözlər yazılıb. Nişanlarda həmin şəxslərin Suriyadakı döyüşlərdə iştirak diktator Bəşər Əsəd tərəfində döyüşdükləri öz əksini tapıb. Eləcə də bəzi nişanlarda Suriya telefon nömrələri mövcuddur.

ГУР МОУ

Xatırladırıq ki, “Vaqner” muzdluları Rusiyanın qeyri-qanuni hərbi birlikləridir. Onlardan bir sıra münaqişələrdə, xüsusən Donbasda – Rusiya tərəfində, Suriyada – Putinin müttəfiqi diktator Əsədin tərəfində, Sudanda döyüş əməliyyatlarında istifadə olunub. BMT “Vaqner” qrupunun addımlarını insanlığa qarşı cinayətlər kimi təsnif edib. Avropa İttifaqı isə “Vaqner” qrupu üzvlərinə və liderlərinə sanksiya tətbiq edib”, -deyə məlumatda qeyd olunur.