18 May 2024
Suriya, Golan üzərindən İsraili təhdid edir

Suriya, Golan üzərindən İsraili təhdid edir

22 Noyabr 2020
Baxış: 1415

Suriya gec-tez İsrailin "işğal etdiyi" Golan Təpələrini qaytaracaq.

Bu sözləri Suriya Xarici İşlər Nazirinin müavini Ayman Susan Əl-Manar TV-yə verdiyi müsahibədə söyləyib.

O, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mike Pompeonun Golan ziyarətini qınayıb. Onun sözlərinə görə, Dövlət Departamenti rəhbərinin addımı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə “meydan oxumağa” bərabərdir.

Bundan əlavə, Susan, ABŞ rəhbərliyinin Yaxın Şərqdə "Sionist rejim siyasətini" həyata keçirdiyini əlavə edib. Suriyalı məmur, Golanın "bir ərəb ölkəsinə aid olduğunu" və ABŞ-ın "ilhaqını" tanımaq cəhdinə qarşı beynəlxalq bir konsensusun mövcud olduğunu israr edib.

Pompeo, 18 Noyabrda Donald Tramp administrasiyasının baş diplomatı olaraq vida səfəri üçün İsrailə gəlmişdir. Cümə axşamı, Yəhudeya və Samariyada bir sıra yaşayış məntəqələrini və Golan Təpələrini ziyarət edərək, ABŞ-da belə bir addımı atan ilk yüksək rütbəli Amerika diplomatı olmuşdur.

Səfər zamanı, ABŞ-ın yaşayış məntəqələrində istehsal olunan məhsullarda "İsrail istehsalı" işarələrinə icazə verəcəyini açıqlayıb.

Dövlət Departamenti rəhbərinin səfəri 19 Noyabrda Psagotdakı etiraz nümayişinə çıxan Peace Now qeyri-hökumət təşkilatının nümayəndələrini qəzəbləndirmışdir. "Təxribatı" qınayan Suriya hökuməti də kənarda qalmamışdır.

Teqlər: Golan