19 May 2024
Sumqayıt Yəhudiləri Dini İcmasında özbaşınalıqlar davam edir - ŞİKAYƏT

Sumqayıt Yəhudiləri Dini İcmasında özbaşınalıqlar davam edir - ŞİKAYƏT

09 Dekabr 2023
Baxış: 1359

Dövlət komitəsi tərəfindən 100109A2-68 nömrəli şəhadətnamə ilə qeydiyyata alınan, 08.12.2009-cu ildən Sumqayıt şəhər 3-cu məhəllə, ev 6/21, mənzil 22 hüquqi ünvanında yerləşən "Sumqayıt Yəhudiləri Dini İcması"nda özbaşınalıqlar yaşanır.

.

Bununla bağlı AJMEDİA.İNFO-ya Sumqayıtın yəhudi əsilli sakini, İcmanın təsisçilərindən olan Nəsimi Əbilov məlumat verib.

Onun sözlərinə görə, 14 ildir fəaliyyət göstərən icmada bu illər ərzində bir çox qanunsuzluqlar, özbaşınalıqlar və mənimsəmələr olub. İcmanın sədrləri olsa da bu, sadəcə formal xarakter daşıyıb və əslində İcma xarici vətəndaş Leiçer Menaxem Mendel tərəfindən idarə edilib.

Məlumata görə, Mendel bir ildən çox sədri olmayan icma təsisçiyə qarşı kobud davranıb, icmanın sənədlərini mənimsəyərək təsisçiyə təqdim etməyib.

İcmanın nizamnaməsi ilə xarici vətəndaşın icma işlərinə müdaxiləsi yolverilməz qəbul edildiyi halda o, icmada dəyişiklər aparıb, bəzi yəhudi əsilli şəxslərə təsir göstərərək onları məcburiyyət qarşısında qoyub. Mendel hətta İcmanin maliyyə əməliyyatlarını icra edib və etməkdə davam edir.

Bu da Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında qanun"unun birbaşa pozulması deməkdir. Çünki xarici vətəndaşın bunları etməsi qanuna ziddir.

.

Sumqayıt Yəhudiləri Dini icması barədə araşdırmalarımız davam edir.

AJMEDİA.İNFO məsələ ilə bağlı "Sumqayıt Yəhudiləri Dini İcması"nın da fikirlərini işıqlandırmağa hazırdır.

.

.

ajmedia.info