02 May 2024
Sumqayıt 43 Saylı Qağayı Uşaq Bağçasında Pul Yığımı – ŞİKAYƏT

Sumqayıt 43 Saylı Qağayı Uşaq Bağçasında Pul Yığımı – ŞİKAYƏT

06 Mart 2022
Baxış: 1482

Artıq dəfələrlə qeyd olunduğu kimi uşaq məktəbəqədər müəssisələrinin İcra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq, Təhsil Nazirliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaratmışdır. Belə ki, bəzi bağça müdirələri bu yenilikdən də öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək məqsədilə məharətlə yararlana bilirlər.

AJMEDİA.İNFO AMİA.AZ-a istinadən xəbər verir ki, Sumqayıt Qağayı 43 saylı körpələr evi uşaq bağçasında “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, rəhbərlik etdiyi müəssisədə həyata keçirilən pul yığımlarının intensivliyini bir qədər də artırmışlar.

Müraciət edən iyirmiyədək valideyn bağçada qanunsuz olaraq pul yığıldığını, müəyyən edilmiş məbləği ödəməkdən imtina edənlərin övladlarına qarşı ayrıseçkiliyin qoyulduğunu söyləyirlər.

Bir sözlə Sumqayıt 43 saylı Qağayı körpələr evi uşaq bağçasında özlərinə sərfəli qanunlar hökm sürür.