19 May 2024
Sülhməramlıların silah qaçaqmalçılığı - Bakının səbri tükənir

Sülhməramlıların silah qaçaqmalçılığı - Bakının səbri tükənir

23 İyul 2022
Baxış: 356

Məlum olduğu kimi, iyulun 19-da Azərbaycan hərbçiləri Ağdamda Rusiya sülhməramlılarının avtomobil karvanını saxlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, hərbi mənbələr məlumatı təsdiqləyib. Bir zirehli maşın və 3 “Ural” avtomobilindən ibarət karvan Əsgəran-Ağdərə marşrutu üzrə hərəkət zamanı yoxlanılıb. Yoxlama zamanı maşınlardan birinin yük bölməsində 5 ədəd “Kalaşnikov” avtomatı aşkar edilib. Bundan sonra karvan geri göndərilib.

Maşınların haradan gəldiyi və başqa nə daşıdığı açıqlanmayıb. Azərbaycanın Müdafiə Nazirliyi hələ ki, bu hadisə ilə bağlı şərh verməyib. Rusiya sülhməramlılarının 19 iyul tarixli xəbər bülletenində isə deyilir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında pozuntu qeydə alınmayıb. Belə çıxır, Rusiya sülhməramlıları Qarabağa qanunsuz silah keçirməklə, silah qaçaqmalçılığı ilə məşğuldur. Hələ heç 2 il keçməyib, görün hansı çirkin işlərə əl atırlar, erməni terrorçulara silah daşıyırlar. Bu isə üzərinə sülhyaratma missiyasını götürmüş hərbi kontingent adına rüsvayçılıqdır. Bir tərəfdən də təəccüblü deyil, Azərbaycan ictimaiyyətinin sülhməramlı adı altında yerləşən bu qüvvələrə onsuz da zərrə qədər inamı qalmayıb. Onlardan erməniməramlı fəaliyyəti gözləmək heç də sensasiya deyil. Sadəcə, üç dövlət arasında imzalanmış sənəd əsasında regiona yerləşmiş rus əsgərləri 10 noyabr müqaviləsinin şərtlərinə riayət etməlidir.“Yeni Müsavat”