19 May 2024
Sülhməramlı komandanı Rüstəm Muradovun yerinə O TƏYİN OLUNDU - FOTOLAR - DOSYE

Sülhməramlı komandanı Rüstəm Muradovun yerinə O TƏYİN OLUNDU - FOTOLAR - DOSYE

09 Sentyabr 2021
Baxış: 614

General-mayor Mixail Kosobokov Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə təyin olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata əsasən, Ermənistanın müdafiə naziri Arşak Karapetyan rus sülhməramlıların yeni komandiri Mixail Kosobokov ilə görüşüb. Həmçinin qeyd olunub ki, Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandiri polkovnik Dmitri Ovçarov da görüşdə iştirak edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Mixail Kosobokovun adı Rusiya sülhməramlı kontingentinin komandiri vəzifəsinə əsas namizəd olaraq hallanırdı. Mixail Kosobokov əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb. O, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Xatırladaq ki, hələ may ayında rotasiya qaydalarına əsasən, Rüstəm Muradovu Cənub Hərbi Dairəsinin komandir müavini Aleksey Avdeyevin əvəz edəcəyi deyilirdi. Lakin Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə görə, Muradov o zaman öz vəzifəsində qalmışdı.

Kosobokov 1999-cu ildə Ryazan Ali Hərbi Hava Komandanlığı Məktəbini, daha sonra isə Frunze Akademiyasını bitirib.

O, əvvəllər Cənub Hərbi Dairəsinin 58-ci ümumqoşun ordusunun komandirinin müavini vəzifəsində çalışıb.

Bununla yanaşı, Abxaziyadakı Rusiya hərbi bazasına da rəhbərlik edib.

Kosobokov 2016-ci ildə Rusiya Prezidentinin sərəncamı ilə general-mayor rütbəsi alıb.