20 May 2024
Söyüdlü sakini aksiyanın təşkilatçısı adı ilə həbs olundu - KİV

Söyüdlü sakini aksiyanın təşkilatçısı adı ilə həbs olundu - KİV

24 İyun 2023
Baxış: 439

Söyüdlü sakini Cabbarov Etibar Məstan oğlu həbs olunub.
Bu barədə APA məlumat yayıb.
Mətbuat orqanı iddia edir ki, Rusiyadan gələn sözügedən şəxs Söyüdlü sakinlərindən təşkil olunmuş 405 nəfərdən ibarət qrupu yaradıb.
Qeyd edək ki, iyunun 20-də Söyüdlü kəndində sakinlər qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunan ikinci gölün inşasına etiraz olaraq aksiya keçirib. Kəndə cəlb olunan çoxsaylı polis qüvvələri etiraz aksiyasına müdaxilə edib. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, bu zaman sakinlərə qarşı dəyənəklərdən, hətta yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə olunub. Xeyli kənd sakini tutulub. Həmin gün 5 nəfər məhkəmə qərarıyla 20 gün inzibati qaydada həbs olunub. Ertəsi gün daha 5 nəfər kənd sakininin saxlanması xəbəri yayılıb. Bir gün sonra post qurularaq, Söyüdlüyə giriş-çıxış məhdudlaşdırıb. Orada çəkiliş aparan müstəqil jurnalistlər zorla uzaqlaşdırılıb.
Saxlanılan şəxslərin Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (el arasında “bandotdel” deyilir) gətirilməsi, onlardan işgəncə altında etiraz aksiyasının kənar qüvvələr tərəfindən təşkil olunması haqda ifadələr almağa cəhd göstərilməsi haqda məlumatlar yayılıb. yeniavaz.com