20 May 2024
Sorğu: “Ərdoğan 53,7 faiz səs toplayaraq prezident seçkisinin ikinci turunda qalib gələcək”

Sorğu: “Ərdoğan 53,7 faiz səs toplayaraq prezident seçkisinin ikinci turunda qalib gələcək”

26 May 2023
Baxış: 313

“Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkisinin ikinci turunda səslərin 53,7 faizini toplayacaq.

Bunu Türkiyə Araşdırmalar Fondunun keçirdiyi sorğu göstərir.

Sorğuda ölkənin 26 vilayətindən olan ümumilikdə 3 mindən çox insan iştirak edib.

Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilmiş prezident seçkisinin birinci turunda Ərdoğan 49,51 faiz, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.

Teqlər: