16 May 2024
Son üç ay ərzində 600-dən çox Azərbaycan vətəndaşı Ukraynaya buraxılmadı - RƏSMİ

Son üç ay ərzində 600-dən çox Azərbaycan vətəndaşı Ukraynaya buraxılmadı - RƏSMİ

07 Dekabr 2021
Baxış: 445

Ukraynada son üç ayda ölkəyə buraxılmayan və ölkədən deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

AJMEDİA.İNFO xəbər verir ki, Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 2021-ci il sentyabrın 1-dən noyabrın 30-a qədər 626 Azərbaycan vətəndaşı Ukrayna ərazisinə buraxılmayaraq geri qaytarılıb.

Eyni dövr ərzində Ukraynadan 19 Azərbaycan vətəndaşı deportasiya olunub.

Qeyd edək ki, Ukraynada miqrasiya qanunvericiliyinin tələblərini yoxlamaq məqsədilə mütəmadi olaraq reydlər keçirilir. Aşkar edilən sənədsiz əcnəbilər arasında hələ də keçmiş SSRİ-nin pasportunu daşıyanlara da rast gəlinir.

Teqlər: Ukrayna