16 May 2024
SON DƏQİQƏ: Zəlzələ bu bölgə də dağıntılara səbəb olub - FOTO

SON DƏQİQƏ: Zəlzələ bu bölgə də dağıntılara səbəb olub - FOTO

21 Noyabr 2021
Baxış: 624

Bu gün baş verən zəlzələ nəticəsində Ağsuda yaşayış evinə ziyan dəyib.

AJMEDİA.İNFO xəbər verir ki, zəlzələ zamanı rayonun Kalva kənd sakini Dilşad Hacıyevaya məxsus ev ucaraq yarasız hala düşüb.

Zərərçəkmişin oğlu Şamil Hacıyev “Report”un yerli bürosuna bildirib ki, evin divarları tamam uçub.

Ev sahibinin sözlərinə görə, 2019-cu ildə ərazidə baş verən zəlzələ zamanı Fövqaladə Hallar Nazirliyinin əməkdaşları evə baxış keçirib və yeni evin tikiləcəyi ilə bağlı ev sahibinə məlumat veriblər. Amma bu günə kimi heç bir iş görülməyib.

Qeyd edək ki, 5 otaqdan ibarət evdə 5 nəfər yaşayır, onlardan 2-si uşaqdır. Hazırda ailənin bütün üzvləri qəzalı evin digər 2 otağında yaşamaq məcburiyyətində qalıb. Onlar aidiyyəti qurumlardan kömək gözləyirlər.