18 May 2024
SON DƏQİQƏ! Tanınmış jurnalisti GÜLLƏLƏDİLƏR - FOTO

SON DƏQİQƏ! Tanınmış jurnalisti GÜLLƏLƏDİLƏR - FOTO

29 Oktyabr 2021
Baxış: 770

Meksikanın cənubunda naməlum şəxs tanınmış jurnalist Fredi Lopez Arevalonu güllələyib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Heraldo de Chiapas” nəşri məlumat yayıb.

Məlumata görə, 62 yaşlı jurnalist axşam saatlarında evə qayıdarkən, naməlum cinayətkar onu odlu silahla ölümcül yaralayıb.

Qeyd edək ki, Lopez Arevalo müxtəlif xarici agentliklərin müxbiri olub və yerli “Novedades de México, Prensa Libre de Guatemala Notimex” nəşrlərində redaktor vəzifəsində çalışıb.

Arevalo Çyapas əyalətində baş verən hadisələr haqqında oxucuları ispan, ingilis və fransız dillərində məlumatlandıran regional “Maya Press” agentliyini təsis edib.(Axar.az)