18 May 2024
SON DƏQİQƏ: Şəhidlərimiz VAR - Erməni təxribatı + FOTOLAR

SON DƏQİQƏ: Şəhidlərimiz VAR - Erməni təxribatı + FOTOLAR

06 Mart 2023
Baxış: 447

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

AJMEDİA.İNFO bu gün şəhid olan Şəhriyar Əlibəylinin və Eşqin Hüseynovun fotolarını təqdim edir:

Həmçinin, Şəhriyar "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad edilməsinə görə" və "Vətən müharibəsi iştiraкçısı" medalları ilə təltif olunub.

Qeyd edək ki, Şəhriyar Əlibəyli Qəbələ rayonunun Vəndam kəndində doğulub. Eşqin Hüseynov isə 2001-ci ildə Tovuzun Girzan kəndində anadan olub.