20 May 2024
Somalidə terrorçular 54 sülhməramlını öldürüb

Somalidə terrorçular 54 sülhməramlını öldürüb

05 İyun 2023
Baxış: 470

Ötən həftə “Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.

Bunu Uqanda prezidenti Yoveri Museveni bəyan edib.

Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib:

“Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq. “Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücum cəhdi ediblər, lakin qüvvələrimiz əhəmiyyətli zərbə vuraraq, onları qaçmağa məcbur edib”.

Teqlər: