06 May 2024
Soçidə Bennett-Putin görüşü BAŞ TUTDU - İran məsələsi MÜZAKİRƏ EDİLİR

Soçidə Bennett-Putin görüşü BAŞ TUTDU - İran məsələsi MÜZAKİRƏ EDİLİR

22 Oktyabr 2021
Baxış: 476

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə İsrail baş naziri Naftali Bennett arasında görüş baş tutub.

AJMEDİA.İNFO xəbər verir ki, bu məlumatı “Yerusəlim Post” qəzeti yayıb.

Görüşdən əvvəl jurnalistlərə açıqlama verən Bennett Rusiya Prezidenti ilə Suriyadakı situasiyanı və İranın nüvə proqramını müzakirə edəcəklərini bildirib.

Putin isə İsrailin yaradılmasında SSRİ-nin xüsusi rolu olduğunu xatırladıb, həmçinin hazırkı ikitərəfli münasibətlərdən danışaraq, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını söyləyib.