17 May 2024
Soçi görüşünün nəticəsi Üç tərəfli bəyanat

Soçi görüşünün nəticəsi Üç tərəfli bəyanat

27 Noyabr 2021
Baxış: 788

Noyabr ayının 26-sında Rusiyanın Soçi şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü keçirildi. Görüşün nəticəsi olaraq üç tərəfli bəyanat imzalandı.Bəyanatda Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi öz əksini tapmışdır. “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”. Bəyanatdan göründüyü kimi, xəritə üzərində sərhədlərin müəyyən olunması Rusiya Federasiyasının vasitəçiliyi ilə həll olunur. İkinci məsələ odur ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli komissiya yaradılacaq. Bu komissiya isə sərhədlərin demarkasiyası prosesini həyata keçirəcək. Demarkasiya prosesi isə müəyyən olunmuş müəyyən edilmiş sərhədlərin işarələnməsidir. Bundan başqa üç tərəfli bəyanatda tərəflər 11 yanvar 2021-ci il bəyanatına uyğun olaraq iqtisadi və kommunikasiya əlaqələrinin açılması üçün konkret layihələrin başlaması üçün razılığa gəliblər. Ancaq burada Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı mövqeyi hələ də tam olaraq dəyişməyib. Bəyanatın bu maddəsində dəqiqləşdirilməyən məqamlar var. Nikol Paşinyan yenə öz ənənəsinə sadiq qalaraq- “Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəlincə, bu, ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır” demişdir. Bununla da Nikol Paşinyan Qarabağın status məsələsini qabartmışdır. Üç tərəfli bəyanatda əks olunan məsələlərdə irəliləyişin ancaq sərhədlərin müəyyən olunmasında görə bilərik. Həll olunmayan məsələlər hələ də qalır.

İki xalq arasında münaqişə 100 ildən çoxdur davam edir. Toqquşma nəticəsində 10 minlərlə insan həlak olmuşdur. Təbii ki, bir bəyanatla bu məsələlərii həll etmək mümkün deyil.

Sonda:Azərbaycan və Ermənistan arasında həll edilməyən məsələlər çoxdur.

  1. Rus sülhməramlılarının 4 ildən sonra Qarabağ ərazsisindən çıxmasını təmin etməliyik
  2. Laçın dəhlizinə tam nəzarəti Azərbaycan ordusu həyata keçirməlidir. Həm də gömrük-nəzarət keçid məntəqəsi qurulmalıdır.
  3. Qarabağda olan erməni separatçılarını tam tərkibdə ərazidən çıxarmalıyıq. Həmin ərazidə yaşayan ermənilərin Azərbaycan passportu daşımalarına nail olmalıyıq.
  4. Zəngəzur dəhlizinin açılması prioritet məsələdir. Naxçıvan və Türkiyəyə kommunikasiya xətlərinin açılmasına nail olmalıyıq.
  5. Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesi həll olunmalıdır.
  6. Ermənistan Qarabağın Azərbaycana aid olmasını de-yure səviyyədə tanımalıdır. Bundan sonra Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır.

Məhz bu məsələlər öz həllini tapdıqdan sonra Cənubi Qafqazda sülhə, təhlükəsizliyə, birgəyaşayışa nail olmaq olar.


Politoloq: Rüstəm Tağızadə