18 May 2024
SOCAR Fransa şirkətiylə birgə Xəzərdə qaz hasilatına başladı

SOCAR Fransa şirkətiylə birgə Xəzərdə qaz hasilatına başladı

10 İyul 2023
Baxış: 473

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanılıb.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bu mərhələ sualtı hasilat quyusunu SOCAR-ın “Neft Daşları”ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.
JOCAP (Absheron Petroleum Birgə Əməliyyat Şirkəti) tərəfindən idarə olunan layihədə SOCAR və Fransanın "TotalEnergies" şirkəti hər biri 50% paya malikdir.yeniavaz.com