19 May 2024
Sloveniya daha 14 ölkə ilə sərhədlərini açıb

Sloveniya daha 14 ölkə ilə sərhədlərini açıb

08 İyun 2020
Baxış: 373

Sloveniya iyunun 8-də daha 14 ölkə ilə sərhədlərini açıb.

AJM xəbər verir ki, bir qrup Avropa ölkəsinin adı (Almaniya, İsveçrə, Lixtenşteyn, Çexiya, Slovakiya, Yunanıstan, Bolqarıstan, Kipr, İslandiya, Latviya, Litva, Estoniya, Finlandiya və Norveç) epidemioloji cəhətdən təhlükəsiz ölkələr siyahısına əlavə edilib. Avstriya, Macarıstan və Xorvatiya artıq həmin siyahıda yer alırdılar.

Sloveniyanın STA agentliyinin yaydığı məlumata görə, qeyd edilən 17 ölkənin vətəndaşları heç bir məhdudiyyət olmadan Sloveniyaya səfər edə bilərlər. Digər ölkələrdən gələn şəxslər üçün isə 14 günlük karantin öhdəliyi qüvvədə qalır.

Sloveniya qonşu ölkələr içərisində təkcə İtaliya ilə sərhədləri hələ də açmayıb. İctimai Səhiyyə üzrə Milli İnstitutdan bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq təhlükəsiz ölkələr siyahısına ölkələr daxil edilə və ya çıxarıla bilərlər.

Beynəlxalq nəqliyyat fəaliyyəti ilə məşğul olan şəxslər, Sloveniyaya və oradan yük daşımaları həyata keçirən, eləcə də bu ölkədən tranzit üçün istifadə edən sürücülər, Sloveniya ərazisindən keçən və 24 saat ərzində ölkəni yenidən tərk edən şəxslərə, həmçinin diplomatlara karantin qaydaları şamil olunmur.

Teqlər: Sloveniya