17 May 2024
Slovakiya qonşu ölkələrlə sərhədləri açıb

Slovakiya qonşu ölkələrlə sərhədləri açıb

05 İyun 2020
Baxış: 466

Slovakiya iyunun 5-dən etibarən həmsərhəd ölkələr - Avstriya, Çexiya və Macarıstan vətəndaşları üçün sərhədlərini məhdudiyyətsiz şəkildə açıb.

AJM xəbər verir ki, bu barədə məlumatı ölkənin TASR xəbər agentliyi yayıb.

Məlumatda qeyd edilib ki, Slovakiya və digər üç ölkə arasında bağlanan razılaşma ilə sərhəd-keçid məntəqələrində sanitar-epidemioloji tədbirlərin tətbiqi dayandırılıb. Buna səbəb isə bu ölkələrdə infeksiyanın yayılma sürətinin olduqca aşağı düşməsi olub.

Slovakiyanın Baş Naziri İqor Matoviç bildirib ki, qonşu ölkələrlə qarşılıqlı şəkildə qərarların qəbulu əhalinin heç bir məhdudiyyət olmadan sərbəst hərəkətini təmin edəcək. Sərhəd-keçid məntəqələrində koronavirusla bağlı testlər və karantin tədbirləri tətbiq edilməyəcək.

Teqlər: Slovakiya