19 May 2024
Skolari dünyasını dəyişdi

Skolari dünyasını dəyişdi

23 Oktyabr 2021
Baxış: 466

Amerikalı aktyor Piter Skolari dünyasını dəyişib.

Bu barədə CNN aktyorun meneceri Ellen Lyubin Sanitskiyə istinadən məlumat yayıb.

66 yaşında vəfat edən aktyor 2 ildir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Skolari “Yaxın dostlar”, “Nyuhart”, Merfi Braun” kimi film və seriallarla məşhurdur. O, 2016-cı ildə “Qızlar” serialındakı Ted Horvat roluna görə “Emmi” mükafatının laueratı olub.(Qafqazinfo.az)