19 May 2024
Şirvanda şadlıq sarayının inzibatçısı 4000 manat cərimə olundu

Şirvanda şadlıq sarayının inzibatçısı 4000 manat cərimə olundu

10 Noyabr 2021
Baxış: 636

\

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AJMEDİA.İNFO-ya verilən məlumata görə, aparılan monitorinqlər zamanı şəhər ərazisində yerləşən «Sərvət» şadlıq sarayında təşkil edilən toy mərasimində normadan artıq qonağ ın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şadlıq sarayının inzibatçısı Ə.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və o, İXM-nin müvafiq maddəsinin tələblərini pozduğuna görə 4000 manat cərimə olunub.