18 May 2024
Siqareti tərgidənlərə PUL VERİLƏCƏK

Siqareti tərgidənlərə PUL VERİLƏCƏK

12 Aprel 2023
Baxış: 399

İngiltərədə siqareti tərgitməyə təşviq etmək üçün bir milyon insana pulsuz elektron siqaret dəsti paylanacaq.


AJMEDİA.İNFO xarici mətbuata istinadən bildirir ki, hamilə qadınlara isə siqareti tərgitmələri şərti ilə 400 funt sterlinq (843 manat) veriləcək.


Həmçinin siqaret paketlərinə tütün məmumlatlarını tərgitmək üçün tövsiyələrin daxil edilməsi üçün istehsalçılarla danışıqlar aparılacaq.


Hökumət 2030-cu ilə qədər ölkədə siqaret çəkən əhalinin sayını 5 faizə endirməyi hədəfləyir.


Sözügedən planda yetkinlik yaşına çatmayanlara qeyri-qanuni elektron siqaret satışının qarşısının alınması da var.


Hökumət elan edib ki, İngiltərədə təxminən hər beş siqaret çəkəndən birinə psixoloji dəstəklə yanaşı siqareti tərgitmək üçün dəst də veriləcək.

Böyük Britaniyada qadınların 9 faizinin hamiləlik dövründə hələ də siqaret çəkdiyi təxmin edilir. Hökumət maliyyə və psixoloji dəstəklə atılan bəzi addımların keçmişdə öz nəticəsini verdiyini bildirir.

Rəsmilər planın təxminən 45 milyon funt sterlinqə başa gələcəyini təxmin edirlər. Bu məbləğ Səhiyyə Nazirliyinin büdcəsindən maliyyələşəcək, lakin yerli hakimiyyət orqanları tərəfindən idarə olunacaq.

Siqaret istehlakı ilə mübarizə aparan Action on Smoking and Health (AHS) adlı təşkilatın lideri Deborah Arnott atılacaq addımlardan məmnun olduqlarını bildirib.(sfera.az)