21 May 2024
Sinqapurda dünya kəşfiyyat orqanlarının rəhbərləri gizli görüş keçirib

Sinqapurda dünya kəşfiyyat orqanlarının rəhbərləri gizli görüş keçirib

05 İyun 2023
Baxış: 502

Dünyanın iyirmiyə yaxın ən böyük kəşfiyyat orqanının yüksək vəzifəli məmurları Sinqapurda “Dialoq Şanqri-La” beynəlxalq təhlükəsizlik forumu çərçivəsində gizli görüş keçiriblər.

Mənbələrin bildirdiyinə görə, belə görüşlər Sinqapur hökuməti tərəfindən təşkil olunur və bir neçə ildir ki, təhlükəsizlik sammitinin yaxınlığındakı ayrı bir yerdə gizli şəkildə keçirilir. Bu görüşlər barədə əvvəllər məlumat verilməyib.

ABŞ-ı Milli Kəşfiyyatın Direktoru, kəşfiyyat cəmiyyətinin rəhbəri Avril Haynes təmsil edib, Çin isə iki supergüc arasında gərginliyə baxmayaraq, iştirak edən digər ölkələr arasında olub.

“Sinqapur bu ikitərəfli və ya çoxtərəfli görüşlərin bəzilərinə yardımçı ola bilər. İştirakçılar kənarda keçirilən belə görüşləri faydalı hesab edirlər”-deyə, Sinqapur Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Teqlər: