17 May 2024
"Simpsonlar"ın daha bir kəhanəti: Trampla bağlı bunu da bildilər - FOTO

"Simpsonlar"ın daha bir kəhanəti: Trampla bağlı bunu da bildilər - FOTO

10 Aprel 2023
Baxış: 275

Daha bir “Simpson” kəhanəti gündəm olub.

AJMEDİA.İNFO bildirir ki, bu dəfə sabiq Ağ Ev rəhbəri Donald Tramp müzakirə mövzusu olub. Belə ki, Simpsonlar Trampın 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını da biliblər. Cizgi filminin 2015-ci ildə yayımlanan “Trumptastic Journey” adlı bölümündə Donald Trampın ABŞ prezidenti olacağına dair proqnozlar verilib və onun 2024-cü il seçkilərində namizəd olacağı göstərilib.

Serialın ssenaristi Al Jean də Trampın namizədliyini elan etdikdən sonra sosial media hesabında sözügedən epizoddan bir səhnənin fotosunu paylaşıb. Fotodakı lövhədə “Tramp 2024” yazıldığı görülüb. Epizodun ssenarisinə görə, Tramp 2028-ci il seçkilərində də namizəd olacaq.

Qeyd edək ki, 2000-ci il martın 19-da yayımlanan bölümdə Tramp “ABŞ-nin keçmiş prezidenti” kimi təqdim olunub. O, bu epizod yayımlandıqdan illər sonra 2016-cı ildə prezident seçilib.