19 May 2024
Şimali Qafqaz regionlarının rəhbərləri əhalini təxribatlara uymamağa çağırıblar

Şimali Qafqaz regionlarının rəhbərləri əhalini təxribatlara uymamağa çağırıblar

29 Oktyabr 2023
Baxış: 701

Şimali Qafqaz regionlarının rəhbərləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda respublikaların əhalisini sakit olmağa və aqressiv çağırışlara uymamağa çağırıblar.

AJMEDİA.İNFO xəbər verir ki, bu müraciətlər region liderlərinin rəsmi teleqram kanallarında dərc olunub.

Dağıstanın başçısı Sergey Melikov, Qaraçay-Çərkəzin rəhbəri Rəşid Temrezov və Kabardin-Balkar lideri Kazbek Kokov qeyd ediblər ki, Yaxın Şərqdə baş verən hadisələrə heç kəs biganə deyil. Bununla belə, təxribatlara uymamaq lazımdır.//Report