05 May 2024
Şimali Koreya yeni raketini sınaqdan keçirib

Şimali Koreya yeni raketini sınaqdan keçirib

01 Oktyabr 2021
Baxış: 444

KXDR sentyabrın 30-da yeni zenith raketin sınaq buraxılışının həyata keçirildiyini açıqlayıb.

TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Kreyanın “Koreyanın səsi” mərkəzi radiostansiyası məlumat yayıb.

Məlumata görə, raketin buraxılışı KXDR “buraxıcı qurğunun, radarın praktikliyini və raketin döyüş xüsusiyyətlərini yoxlamaq” məqsədi ilə Hərbi Elmlər Akademiyası tərəfindən hazırlanıb.

Akademiyada qeyd edilir ki, sınaqlar zamanı yeni texnologiyaların tətbiqi ilə raket istiqamətləndirmə dəqiqliyinin, reaksiya sürətinin və hədəfin məhv edilmə aralığının artması təsdiqlənib. (APA)