06 May 2024
Şimali Koreya liderinə oxşayan gənc yutuber hər gün ölüm təhdidləri alır - FOTO

Şimali Koreya liderinə oxşayan gənc yutuber hər gün ölüm təhdidləri alır - FOTO

31 Dekabr 2021
Baxış: 572

“Ölüm təhdidləri məni qorxudur, lakin yenə də tənqid etməyə davam edəcəyəm”

AJMEDİA.İNFO xəbər verir ki, Şimali Koreya prezidenti Kim Çen Ina oxşayan və çəkdiyi videolarda onu məsxərəyə qoyan yeniyetmə ölümlə hədələnir.

Kim Ming-yong adlı koreyalı gənc “Təhlükələr qorxudur, amma mən onu ələ salmağa davam edəcəyəm. Çünki biraz gülmək onara da yaxşı gələcək”,- deyə açıqlama verib.

Amansızlığı və sərt qaydaları ilə tanınan Şimali Koreya prezidenti Kim Çen In qəribə qərarları və sanksiyaları ilə hər zaman dünyanın gündəmindədir.

Bu yaxınlarda ölkədə “Squid Game” tamaşasına baxan şəxslər edam edilib, keçmiş rəhbərin vəfatının ildönümü münasibəti ilə gülmək 11 gün müddətinə qadağan edilib.

Saç düzümü tamamilə Şimali Koreya liderinin saçına bənzəyən Kim Ming Yong ABŞ-ın CBS News telekanalına deyib ki, o, təhdidlərdən qorxmur və tənqidlərini dayandırmayacaq. (Musavat.com)