06 May 2024
Şeyx İranın anti-Azərbaycan siyasəti ilə bağlı suallara cavab verməkdən İMTİNA ETDİ

Şeyx İranın anti-Azərbaycan siyasəti ilə bağlı suallara cavab verməkdən İMTİNA ETDİ

26 Oktyabr 2022
Baxış: 420

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də qatılıb.

AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, Qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə Akademik Milli Dram Teatrında iki nəfərlik yerdə əyləşib. Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.

Bir müddət əvvəl Qarabağın İranın fətvası ilə alındığını deyən şeyxə dedikləri xatırladılıb, İranın bugünkü anti-Azərbaycan siyasəti barədə sual ünvanlansa da, o susqunluğunu pozmayıb.