17 May 2024
“Şeyx dindarların ironiya etdiyi, ateistlərin ələ saldığı bir şəxsdir”

“Şeyx dindarların ironiya etdiyi, ateistlərin ələ saldığı bir şəxsdir”

27 İyun 2023
Baxış: 599

QMİ ümumiyyətlə, nə işlə məşğul olur və Allahşükür Paşazadənin fəalliyəti nədən ibarətdir?

Ritorik, amma cavabı çətin olmayan sualdır.

Paşazadə cəmiyyətdə nüfuzu olmayan, dindarların belə ironiya ilə yanaşdıqları, ateistlərin ələ saldığı bir şəxsdir. Onun fəaliyyəti və kimliyi barədə çox demişəm, çox yazmışam və sözlərimi bir daha təkrarlamağı lüzum görmürəm.

Sadəcə, yazıram - Paşazadəyə zərrə qədər sayğım olmayıb və yoxdur.

Çünki sayğıya layiq hansısa işini xatırlaya bilmirəm.

QMİ-yə gəldikdə isə, ictimai təşkilat olan bu qurumun səlahiyyətləri daha da məhdudlaşdırılmalıdır. Maksimum dərəcədə.

QMİ ölkədəki çoxsaylı qeyri-hökumət təşkilatlarından heç nə ilə fərqlənməməlidir.

Bu səbəbdən də Paşazadə mənim üçün ölkənin ən nüfuzlu din xadimi, şeyxülislam və sair və ilaxır yox, bizneslə məşğul olan adi QHT rəhbəridir.

Elçin Alıoğlu

Milli.Az