02 May 2024
"Seyid kimdir ki?.." - Elşad Miridən Dini Komitə rəsmisinə SƏRT CAVAB

"Seyid kimdir ki?.." - Elşad Miridən Dini Komitə rəsmisinə SƏRT CAVAB

28 Oktyabr 2021
Baxış: 1242

Allah Quranda Adəmlə İblisi müqayisə edirsə, biz kimi kimləsə müqayisə etməyə necə qarışa bilərik? Bu, Allahlıq iddiası demək deyilmi? Allah özü qərar verib, İblislə Adəmi müqayisə edirsə, Adəm olan yerdə seyid kimdir? Ümumiyyətlə, seyidlər kimlərdir, Azərbaycanda bunun statistikası aparılırmı? Bir adamın peyğəmbər nəslinə mənsubluğunu necə müəyyənləşdiririk?

AJMEDİA.İNFO xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında dinşünas Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun haqqında səsləndirdiyi fikirlərə cavab verərkən deyib.

O bildirib ki, komitənin rəyində "İslamda yoxdur" kitabı ənənəvi islam alimlərinin fikirlərinə zidd olduğuna və peyğəmbərə mənsubluq məsələsi şübhə altına alındığına görə qadağan edildiyi vurğulanıb:

“Halbuki kitab "Azyaşlı qız uşaqlarının ərə verilməsi islamda varmı?", "İslamda siğə anlayışı varmı?", "Kişilərə cənnətdə hurilər veriləcək anlayışı varmı?" kimi məsələlərə cavabdır. Kitab 2018-ci ildə qadağan edilib, məsələ Avropa məhkəməsindədir. Bilirlər ki, məğlub olacaqlar, Azərbaycanın adına xələl gələcək. Mən də bununla bağlı ölkə başçısına məktub yazmışam, məktuba eyni cavabları veriblər. Çünki məktublar komitəyə yönləndirilir.

Bilirlər ki, verdikləri yanlış qərara, yanlış rəyə görə Azərbaycanın imicini korlayacaq hərəkət edirlər. İndi isə xilas üçün belə taktikalardan istifadə etməyə çalışırlar”.

Elşad Miri Gündüz İsmayılovun onun ərəb dilini bilmədiyi fikrinə də cavab verib və iddia edib ki, bu, uydurmadır: “Gündüz bəy verilişdən sonra təklif etdi ki, başqa bir debat təşkil olunsun Quranla bağlı və sairə. Dedi ki, debat ərəb dilində aparılsın, orada yanlız ərəbcə danışılsın. Mən də cavab verdim ki, gəl elə səninlə danışaq. O da dedi ki, mən ərəbcə bilən başqa mütəxəssislər gətirəcəm. Dedim, elə bilirsiniz ki, hər ərəbcə danışan Quranın tərcüməsini bilir? Çünki Quran klassik ərəb dilindədir.

Gündüz bəy ərəb dilini bakalavr səviyyəsində oxuyub, mən mədrəsədə təhsil almışam, eyni zamanda ərəb dili və şəriət dilini qırmızı diplomla bitirmişəm. Əlavə olaraq, ilahiyyat kolleci oxumuşam, ora da ərəb və ingilis dilli təmayüllü məktəb olub. Daha sonra dinşünaslıq üzrə bakalavr, magistratura təhsili almışam. İndi isə İstanbul Universitetində doktorantura təhsili alıram. Demək istəyirəm ki, ərəb dili üzrə kifayət qədər bilgim var”.