19 May 2024
Sevgidə sərhəd tanımayan BÜRCLƏR

Sevgidə sərhəd tanımayan BÜRCLƏR

16 Oktyabr 2023
Baxış: 550

Astrologiyada bəzi bürclər digərlərinə nisbətən hisslərini daha dərin yaşayırlar. Xüsusilə sevgi münasibətlərində fərqlənən bu insanlar qarşı tərəfə kifayət qədər qayğı, diqqət də göstərə bilirlər.

AJMEDİA.İNFO həmin bürcləri təqdim edir:

Qoç bürcü- Aşiq olanda heç nə görmür, hesablama aparmır, sadəcə, yaşayır. Münasibətlərində fədakarlıq etməkdən çəkinmirlər. Sevgilərini birtərəfli də olsa, uzun müddət davam etdirə bilirlər və bundan daxili dünyalarında belə əl çəkmirlər. Münasibətdə özlərini pis hiss etsələr də, çarə axtarmağa üstünlük verirlər. Sevməyə davam edər və sevilməyə çalışarlar. Halbuki azadlıq onlar üçün çox önəmlidir.

Tərəzi bürcü - Kənardan çox məntiqli, hətta soyuq görünə bilərlər. Ancaq axtardıqları insanı tapdıqlarına inandıqda, sonsuza qədər sevəcəklərinə əmin olurlar. Tərəzi bürcünün təbiətində xəyanət yoxdur. Onlarla münasibətdə olan zaman qışqırdığını və ya mübahisə etdiyini görmək çətindir. Tərəzilər inciməkdən, incitməkdən qorxurlar. Əgər sizinlə dava etmirlərsə, deməli sizi sevirlər. Tərəzilər sevdikləri insanı hər halı ilə qəbul edirlər. Aşiq olan zaman onlar sadiqdirlər.

Balıqlar bürcü – Bütün hissləri dərindən yaşayırlar. Eynilə bu, sevgiyə də aiddir. Balıqlar aşiq olan zaman bütün zəiflikləri ilə özlərini təslim edirlər. Onlar heç nəyi gizlətməyə ehtiyac duymurlar. Müəmmalı davranmağı bacarmırlar, özləri haqqında hər şeyi ortaya qoyurlar. Hisslərini heç vaxt gizlədə bilməyən balıqların nə düşündüklərini sadəcə gözlərinə baxaraq anlaya bilərsiniz. Onlar sevməyi və sevilməyi xoşlayırlar. Lakin asanlıqla əsəbləşə və qısqana bilərlər.

Əkizlər bürcü - Sevmədikləri zaman kifayət qədər vəfasızdırlar, amma aşiq olanda gözləri heç nə görmür. Onlar partnyorunu inanılmaz dərəcədə dəyərli və xüsusi hiss etdirir. Onlar qarşısındakı insanı anlamağı sevir. Əkizlər münasibətlərinin başlanğıcında son dərəcə həyəcanlı olurlar və tərəfdaşlarını xoşbəxt etmək üçün hər şeyi edirlər.