18 May 2024
Sevdiyi üçün narkoman olan müğənni: "Atamın hər hansı bir əşyasını satanda pis olurdum" - VİDEO

Sevdiyi üçün narkoman olan müğənni: "Atamın hər hansı bir əşyasını satanda pis olurdum" - VİDEO

13 Oktyabr 2023
Baxış: 593

Uzun müddət narkotik aslılığından əziyyət çəkən Nurlan Mustafalı "Bizimləsən" verilişinə qatılıb.

AJMEDİA.İNFO xəbər verir ki, sənətçi narkotikə sevdiyi qıza görə qurşandığı etiraf edib.

O buna əvvəl içki içməklə başlayıb. Daha sonra isə narkotik şəkməyə başlayıb.

Efir zamanı Nurlan bir türk mahnısı da ifa edib. O Azərbaycandakı səs yarışmalarından birində də iştirak edib. Nurlan narkotik aludəçisi olduğu üçün peşmandır:

"Narkotikə görə atamın hər hansı bir əşyasını satanda pis olurdum. Bilirdim ki, həmin an xəbəri yoxdur. Amma üzümü çevriib gedəndə məyus olurdum".

Nurlan Mustafalının imkanlı ailənin övladı olduğu bildirilib. (Baku.ws)