19 May 2024
Səudiyyə Ərəbistanında GÖZLƏNİLMƏZ QƏRAR: Spirtli içki qadağası LƏĞV EDİLDİ

Səudiyyə Ərəbistanında GÖZLƏNİLMƏZ QƏRAR: Spirtli içki qadağası LƏĞV EDİLDİ

25 Yanvar 2024
Baxış: 311

Səudiyyə Ərəbistanı spirtli içkilərin satışına qoyulan qadağanı bir qədər yumşaldıb.

AJMEDİA.İNFO xəbər verir ki, ölkədə bundan sonra spirtli içkilər satılacaq, amma həmin içkiləri yalnız xarici diplomatik korpusların əməkdaşları ala biləcək.


Səudiyyə Ərəbistanında ilk spirtli içki satılan mağaza Ər-Riyadda açılacaq. Şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanında spirtli içkilərin satışı 70 il bundan öncə qadağan edilmişdi.


Mağaza paytaxt Ər-Riyadda səfirliklərin yerləşdiyi ərazidə olacaq. Maraqlıdır ki, mağazada spirtli içkilər yalnız qeyri-müsəlman diplomatlara təklif ediləcək.


Səudiyyə rəsmiləri bu addımın ölkə daxilində qeyri-qanuni spirtli içki satışının qarşısını almaq üçün atıldığını bildiriblər.


Xatırladaq ki, 1952-ci ildə kral Əbdüləzizin oğullarından birinin sərxoş halda Britaniya diplomatını güllələyərək öldürməsindən sonra ölkədə spirtli içki satışı qadağan edilib. Diplomatlar ölkəyə yalnız möhürlənmiş qablarda spirtli içki gətirə və içə bilərdilər.


“Reuters”ə məlumat verən mənbə bildirib ki, spirtli içkilərin satılacağı mağazanın bir neçə həftə ərzində açılması gözlənilir. Spirtli içki almaq istəyən diplomatlar qeydiyyatdan keçməli və Səudiyyə hökumətindən icazə almalıdırlar. Diplomatlar mağazaya şəxsən getməli olacaqlar və hər bir şəxsin ayda ala biləcəyi spirt miqdarı məhdud olacaq. Diplomat olmayan əcnəbilərə spirtli içkilərin satılmasının gündəmdə olmadığı bildirilib. Mövcud qanunlara görə, spirtli içki içən və ya saxlayan şəxslər cərimə, həbs və açıq şallaqlama kimi cəzalara məruz qalırlar.


Körfəz ərəb ölkələrinin əksəriyyətində spirt istehlakı məhdudlaşdırılıb. Lakin Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə 21 yaşdan yuxarı qeyri-müsəlmanlara mehmanxana, klub və barlarda spirtli içkilərin satışına icazə verilir.(Sfera.az)