20 May 2024
Səudiyyə Ərəbistanı Kriştiano Ronaldonu CƏZALANDIRDI

Səudiyyə Ərəbistanı Kriştiano Ronaldonu CƏZALANDIRDI

29 Fevral 2024
Baxış: 290

"Əl Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında keçirilən oyun zamanı nalayiq jest etdiyinə görə bir oyunluq cəzalanıb.

AJMEDİA.İNFO-nun xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İntizam Komitəsi məlumat yayıb.

Qeyd olunur ki, ölkə çempionatının 21-ci turunda "Əl-Şabab"la oyunda (3:2) Ronaldo "Messi!" şüarları səsləndirən rəqib azarkeşlərə nalayiq jest göstərib.

39 yaşlı ulduz futbolçu bununla yanaşı, 10 min Səudiyyə rialı (2 666 dollar) məbləğində cərimə də ödəməlidir.

Bundan əlavə, şikayət ərizəsi üçün "Əl-Şabab"a 20.000 rial (5 332 dollar) ödəməsi tələb olunur.

Komitə bildirib ki, Ronaldonun cəzalandırılması qərarı qətidir və ona şikayət verilə bilməz.

Qeyd edək ki, Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında "Əl-Nəsr"in heyətində 20 oyun keçirib, 22 qol vurub və 9 məhsuldar ötürmə edib.