18 May 2024
Sərnişinlərə ŞAD XƏBƏR: Artıq avtobusların... - VİDEO

Sərnişinlərə ŞAD XƏBƏR: Artıq avtobusların... - VİDEO

23 Avqust 2022
Baxış: 331

Bir müddət öncə "Google Maps" qlobal naviqasiya resursunda paytaxtda fəaliyyət göstərən marşrut xətlərinin istiqaməti haqqında xəritədə məlumatların göstərilmədiyi haqda məlumat verilmişdi. Artıq problem öz həllini tapıb. "Google Maps" artıq Azərbaycanla bağlı bu tip məlumatları yeniləyib.

AJMEDİA.İNFO xəbər verir ki, Bakı şəhərində müntəzəm marşrut xətləri barədə məlumatları yenidən "Google Maps" platformasından əldə etmək mümkün olacaq. Bir müddət əvvəl dayandırılan xidmət yenidən aktivləşdirilib

Paytaxtn sakinləri də marşrut xətlərinin istiqaməti haqqında xəritədə məlumatların göstərilməsinin vacib olduğunu deyirlər

Qeyd edək ki, xəritə üzrə məlumatlar marşrut xətlərində ediləcək dəyişikliklərə uyğun olaraq mütəmadi olaraq yenilənəcək.