20 May 2024
Serjikin Baden-Baden macəraları başına “iş açdı”

Serjikin Baden-Baden macəraları başına “iş açdı”

12 Oktyabr 2021
Baxış: 517

Ermənistanın Xüsusi İstintaq Komitəsi eks-prezident Serjik Sarkisyanın Baden-Badenə səyahətləri barədə iş qaldırıb.

AJMEDİA.İNFO xəbər verir ki, qeyd olunur ki, 2008-2017-ci illərdə prezidentin təyyarəsi heç bir işgüzar zərurət olmadan bir sıra reyslər həyata keçirib.

Oktyabrın 8-də Xüsusi İstintaq Komitəsinə iş qaldırılması üçün Ermənistanın Baş Prokurorluğundan müvafiq materiallar göndərilib.

“Materialların hazırlanması zamanı təyyarənin Almaniyanın Karlsrue hava limanına bir neçə dəfə səfər etdiyi məlum olub. Buradan Baden-Baden şəhərinə səfər edilib. Bir sıra hallarda reyslər qəbul edilmiş qaydaların pozulması – prezident aparatından heç bir yazılı bəyanat verilmədən təşkil olunub”, - deyə qurumdan bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başladılıb.