06 May 2024
Serjikin anasının DƏFNİ: Sarkisyan və Koçaryan Xankəndidədir - FOTO

Serjikin anasının DƏFNİ: Sarkisyan və Koçaryan Xankəndidədir - FOTO

09 Noyabr 2021
Baxış: 638

Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Xankəndiyə gəliblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “İravunk” nəşri xəbər verir.

Bildirilir ki, səfərin məqsədi bazar günü, noyabrın 7-də 93 yaşında dünyasını dəyişən Serj Sarkisyanın anası Nora Sarkisyanın dəfn mərasimində iştirak etməkdir.

Mərasim Xankəndidəki Surb Hakob kilsəsində keçirilib.

Xatırladaq ki, bir ildən az əvvəl Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan da dünyasını dəyişmişdi.(Virtualaz.org)