20 May 2024
Sərhəddəki təxribatın arxasında kimin dayandığı məlum oldu

Sərhəddəki təxribatın arxasında kimin dayandığı məlum oldu

14 Fevral 2024
Baxış: 406

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədib. Fevralın 12-də baş verən hərbi təxribat nəticəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Görünən də odur ki, qarşı tərəfi 2023-cü ilin sentyabr ayından bəri yaşanan sabitlik qane etmir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hərbi-ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun baş verən təxribata qətiyyətlə cavab verdiyini bildirib:

“Azərbaycan Silahlı Qüvvələri Ermənistanın fevralın 12-də törətdiyi və bir sərhədçimizin yaralanması ilə nəticələnən təxribata qətiyyətli qisas əməliyyat ilə cavab verdi. Ermənistanın siyasi-hərbi rəhbərliyi tam əmin olmalıdır ki, bir nəfər də olsun Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bunu Ali Bas Komandan İlham Əliyev də dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Ermənistan Avropa İttifaqı missiyasının da hazırlanmasında iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi məhv ediləcək, zərurət yaranarsa həmin mövqelərdə Azərbaycan əsgəri və dövlət bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb”.

Ekspert təxribatla bağlı birbaşa məsuliyyətin Avropa İttifaqının üzərinə düşdüyünü qeyd edib:

“Baş verən bu hadisəyə görə bütün məsuliyyət birbaşa olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının missiyasını tərkibində fəaliyyət göstərən missiyasının üzərinə düşür. Baş verən təxribatlara Avropa İttifaqı missiyası reaksiya vermək və təxribatı qınamaq əvəzinə ərazini tərk etməklə işini bitmiş hesab edir. Ermənistan birdəfəlik anlamalıdır ki, heç bir qüvvə onun arxasında dayana bilməyəcək. Nə Ermənistan, nə də onun havadarları öz çirkin niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Buna görə də Paşinyan siyasi avantüralardan əl çəkməlidir. Əks halda Ermənistan daha ağrılı acılı nəticələr əldə edəcək”.