20 May 2024
Serbiyada insanlara atəş açılıb, 7 nəfər ölüb, 13 nəfər yaralanıb

Serbiyada insanlara atəş açılıb, 7 nəfər ölüb, 13 nəfər yaralanıb

05 May 2023
Baxış: 579

Serbiyada Mladenovac şəhər icmasının Dubona kəndində naməlum şəxs insanlara atəş açıb, nəticədə 7 nəfər ölüb.

Bu barədə “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, atışma nəticəsində 13 nəfər yaralanıb, onların arasında uşaqlar da var.

Daha əvvəl 3 nəfərin öldüyü, 9 nəfərin yaralandığı barədə məlumat verilmişdi.

Son məlumata görə, şübhəli şəxs hazırda mühasirədə olsa da, polisə təslim olmur və cavab atəşi açır.

Teqlər: