19 May 2024
"Selfi" çəkdirmək istəyən qadın 1400 metr yüksəklikdən yıxılıb ÖLDÜ - FOTOLAR

"Selfi" çəkdirmək istəyən qadın 1400 metr yüksəklikdən yıxılıb ÖLDÜ - FOTOLAR

10 Noyabr 2021
Baxış: 627

"Selfi" çəkdirmək istəyən qadın ölüb.

AJMEDİA.İNFO Qərb mediasına istinadən xəbər verir ki, Lüksemburqda 33 yaşlı Zoe Snoeks adlı qadın qayalığın kənarında şəkil çəkdirərkən uçurumdan yıxılıb.

Bildirilib ki, Zoe yıxılmamışdan əvvəl ərinə "itlərə bax” deyə bildirib. Beş saniyə arxasını çevirən kişi həmin an heç bir səs eşitmədiyini, başını çevirəndə arvadının harada olduğunu görə bilmədiyini deyib.

Keçmiş fitnes-model Zoe Snoeks əri ilə birlikdə noyabrın 2-də Lüksemburqa səfər edib. Uçurum kənarında şəkil çəkdirməyi sevən gənc qadın Nadrin kəndi yaxınlığında 1400 metr yüksəkliyə qalxıb.

Mirror-da yer alan xəbərə görə, gənc qadın uçurumun kənarında oturduqdan sonra əri Joeriyə itlərə baxması üçün çağırış edib.

Joeri bir neçə saniyə itlərə baxıb və başını çevirəndə arvadının yerində olmadığını görüb:

"Mən heç nə görmədim və eşitmədim. Xışıltı, qışqırıq və ya qışqırma heç bir səs eşitmədim. Başımı qaldırdım və yalnız toz gördüm" - Joeri faciəvi hadisə haqqında deyib".

Arvadının yıxıldığını anlayan Joeri ümidsizcə təcili yardım xidmətinə zəng vurmağa çalışsa da, telefonunun açılmadığını görüb. Kədərlənən ər yaxınlıqdakı Le Belvedere otelinə gedib və işçilərdən təcili yardım otağı ilə əlaqə saxlamağı xahiş edib.

Hadisə yerinə təcili xidmət qrupları göndərilərkən, dalğıclar çaya dalıblar. Hadisə yerində tibbi helikopter də olub. Qadının cansız meyiti çaydan tapılıb.

Joeri həyat yoldaşının şəkil çəkdirməyə həvəsi olduğunu və yıxılmamışdan əvvəl sonuncu dəfə selfi çəkdiyini söyləyib.




(Azxəbər.com)